• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada yoluxucu xəstəliklər niyə artır?

  • 11 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiXəbər

Rusiyada dövlət sanitar xidməti funksiyasını yerinə yetirən “Rospotrebnadzor”un yaydığı hesabata əsasən, 2012-ci ildən 2023-cü ilədək ölkədə yoluxucu xəstəliklərin 48, parazitar xəstəliklərin 15 forması üzrə xəstələnənlərin sayı azalıb. Bununla belə, göstərilən dövrdə bəzi infeksiyalara yoluxmaların xeyli artdığı vurğulanır.

Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, hemofil infeksiyalara yoluxmalar 13,4 dəfə; qızılca 11 dəfə; məxmərək 6 dəfə; göy öskürək 4,5 dəfə; epidemik parotit 3,5 dəfə; Qərbi Nil qızdırması 3 dəfə; qrip 3 dəfə; ayaqüstü pnevmoniya 2 dəfə artıb.

Hesabata əsasən, 2024-cü ildə Rusiyada 20 mindən çox adam qızılcaya yoluxub. Belə insanların əksəriyyətinin (89,5 faiz) peyvənd edilmədiyi və ya təsdiqlənmiş peyvənd tarixçəsinin olmadığı aydınlaşıb. Peyvənd olunmayan uşaqlar arasında 4 ölüm halı qeydə alınıb.

Məxmərək xəstəliyinin də sürətlə artdığı bəlli olub. Hesabatda deyilir ki, 2017-ci ildə Rusiya Federasiyası endemik məxmərəkdən azad ərazi statusunu qazanıb və o vaxtdan məxmərəklə bağlı qeydə alınan bütün hallar yalnız xarici ölkələrdən gələnlərdə qeydə alınıb. Amma 2024-cü ildə, koronavirus pandemiyasından sonrakı dövrdə insanlarda immun sisteminin zəiflədiyi, həm də pandemiya zamanı məxmərəyə qarşı peyvənd olunanların sayının azalması səbəbindən ölkədə yenidən məxmərəyə yoluxanların artdığı müşahidə edilib.

“Rospotrebnadzor”un hesabatını şərh edən rusiyalı infeksionist Vladimir Neronov deyib ki, sözügedən yoluxucu xəstəliklərin qarşısını vaxtında peyvənd olunmaqla almaq mümkündür və əhali bunu yaddan çıxarmamalıdır: “Profilaktik tədbirlərin xüsusilə uşaqlıq dövründə həyata keçirilməsi epidemiyaların qarşısını almağın ən yaxşı yollarından biri olaraq qalır. Mövcud riskləri nəzərə alaraq böyüklərin də təkrar vaksinasiyadan keçməsi tövsiyə olunur. Bu xüsusilə sonuncu dəfə 10 il qabaq peyvənd olunanlara aiddir”.

Mənbə: Asi.org.ru

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

  • 10 İyun 2025
  • comments

Ukraynalılar ərazi güzəştinə nə deyirlər? – Sorğu

  • 11 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Fələstini tanımaq istəyən ölkələr artdı

GLOBALS:0

Tags

  • Səhiyyə

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentlərinin səlahiyyət müddətləri

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanın nə qədər borcu var?

GLOBALS:0
comments
Xəbər

Məzənnə zirvələri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda