UEFA Millətlər Liqasının 2024-2025 mövsümünün qalibi məlum olub: Portuqaliya.
Qrup mərhələsi 2024-cü ilin sentyabr-noyabr aylarında, A liqası üzrə 1/4 final, A və B liqaları üzrə düşmə/yüksəlmə, B və C liqaları üzrə düşmə/yüksəlmə oyunları 2025-ci il martın 20-23-də, final raundu iyunun 4-8-də keçirilib.
C və D liqaları üzrə düşmə/yüksəlmə matçları 2026-cı il martın 26-31-nə təyin olunub.
Millətlər Liqasının 2018-2019 mövsümünü Portuqaliya, 2020-2021 mövsümünü Fransa, 2022-2023 mövsümünü İspaniya udub.