• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

  • 06 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiXəbər

Fransa prezidenti Emmanuel Makronun mum fiqurunu oğurlamış ekofəallar üç gün polis bölməsində saxlanandan sonra onlara cinayət işi də açılıb.

Xatırladaq ki, 40 ölkədə fəaliyyət göstərən “Qrinpis” (Greenpeace – “yaşıl sülh”) qeyri-hökumət təşkilatının iki üzvü bu həftə Parisin Qrevin muzeyindən Emmanuel Makronun mum fiqurunu götürərək aparıb. Fəallar fiquru muzeydən texniki işçi kimi maskalanaraq çıxarıblar. Onlar “Makron”u əvvəlcə Rusiyanın Fransadakı səfirliyinin, sonra isə EDF şirkətinin binası önünə gətirib, burada daha bir neçə ekofəlla birgə aksiya keçiriblər. Aksiyada məqsəd Fransanın Rusiya ilə iqtisadi-siyasi əlaqələrinə etiraz etmək olub.

Aksiya zamanı fiqurun yanına “Putin-Makron: radioaktiv müttəfiqlər”, “Ukrayna yanır, alver gedir”, “Alver elə alverdir” sözləri yazılmış plakatlar da qoyulub.

Təxminən 40 min avro dəyərində qiymətləndirilən mum fiqur aksiya başa çatandan sonra polisə təhvil verilib.

Novator.az-ın məlumatına görə, “Frans-Press” agentliyi bildirir ki, mum fiquru muzeydən çıxarmış aksiyaçıları üç gün polis bölməsində saxlayandan sonra sərbəst buraxıblar. Vəkil Mari Douz agentliyə deyib ki, ekofəallar polis bölməsində dözülməz şəraitdə saxlanıblar: onlardan biri gecəni yorğansız keçirib, üstəlik, kamerası çox dar olub, heç uzana da bilməyib, digərinin saxlandığı kamerada isə adam çox olduğundan həmin fəal döşəmədə yatıb.

Ekofəallardan biri adının açıqlanmaması şərti ilə “Frans-Press”ə açıqlama verib. O bildirib ki, ifadə azadlığını həyata keçirdiyinə görə Fransada bu qədər sərt cəzalandırılması ona ağır gəlir.

Vəkil əlavə edib ki, Qrevin muzeyi fiqurun zədələnmədiyini təsdiqləyib, üstəlik, muzey əvvəl şikayətçi olsa da, sonradan məsələni yumorla qarşılayıb: “Amma hadisəyə görə cinayət işi başlanıb. Çox qəribədir”.

Fransa prezidenti Emmanuel Makron Rusiya-Ukrayna müharibəsində Kiyevə dəstək verdiyini bəyan etsə də, “Qrinpis” təşkilatının üzvləri və bir sıra digər ictimai qruplar hesab edir ki, reallıqda buna əməl olunmur. Onlar əsas sübut kimi sanksiyalara baxmayaraq Fransanın bəzi şirkətlərinin Rusiya ilə ticarəti davam etdirməsini göstərirlər.

Mənbə: France24.com

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

  • 06 İyun 2025
  • comments

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd e...

  • 06 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Ukraynanı qoruyan zirehli kombinezon – “The Telegraph”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

Putinin “onlayn yürüşləri”nə qarşı cəbhə açmaq gərəkdir

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Kelloq Rusiyanı nədə ittiham edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda