• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

  • 05 İyun 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiŞərh

ABŞ prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı ərəfəsində qalmaqal baş verib: Çinin iki vətəndaşının ABŞ-da zəhərli göbələk yaymaq istədiyi üzə çıxıb.

Novator.az-ın məlumatına görə, bununla bağlı Böyük Britaniyanın “Teleqraf” (“The Telegraph”) qəzetində dərc edilmiş məqalədə deyilir ki, ABŞ Çinin həmin vətəndaşlarını aqrar terror cəhdində ittiham edir.

Söhbət ABŞ-ın Miçiqan Universitetinin Yunsin Tsızyan adlı 33 yaşlı alimindən və onun 34 yaşlı sevgilisi Tsunyun Lyudan gedir. Tsunyun Lyu da alimdir, vaxtilə Çində universitetdə işləyib.

ABŞ-ın hüquq mühafizə orqanlarının bildirdiyinə görə, cütlük kənd təsərrüfatı məhsullarını sıradan çıxara, eləcə də insanlarda ciddi xəstəliklər yarada biləcək “fusarium graminearum” adlı göbələk növünü ABŞ-a gətirərək yaymağa cəhd göstərib.

“Fusarium graminearum” zəhərli göbələkdir, buğda, arpa, düyünü xəstəliyə yoluxdurmağa qabildir. Həmin xəstəliklər isə nəticədə insanlarda, heyvanlarda zəhərlənmə, qaraciyərdə fəsadlar doğura və reproduktiv funksiyaları poza bilər.

Yunsin Tsızyan

Yunsin Tsızyan

“Teleqraf” yazır ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) göbələyin ölkəyə gətirilməsini aqrar terrora cəhd kimi qiymətləndirib: “Qeyd olunub ki, “fsarium graminearum” göbələyinin doğurduğu patogenlər hər il dünyada kənd təsərrüfatına milyardlarla dollar məbləğində ziyan vurur.

FTB direktoru Kaş Patel sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib ki, Yunsin Tsızyan bu göbələk üzərində apardığı tədqiqatlara görə Çin hökumətindən maliyyə alıb. ABŞ-ın Miçiqan ştatının şərq dairəsi üzrə prokuroru Cerom Qorqon bəyan edib ki, bu hadisə ölkənin milli təhlükəsizliyinə ən ciddi təhdidlərdən biridir.

İstintaq zamanı Tsunyun Lyunun mobil telefonundan iqlim dəyişiklikləri dövründə patogenlərlə müharibə aparmağın metodlarına dair elmi məqalə tapılıb. Lyunun bu sahə üzrə çoxdan tədqiqatla məşğul olduğu aydınlaşıb.

ABŞ rəsmiləri hesab edirlər ki, Tsunyu Lyu hələ 2024-cü ilin iyul ayında göbələyi ABŞ-a gətirmək, araşdırmaları Yunsin Tsızyan ilə birgə davam etdirmək niyyətində olub. Onun çantasından bitki hissəcikləri aşkarlanıb. Lyu ABŞ-dan Çinə deportasiya edilib. ABŞ-la Çin arasında ekstradisiya haqqında saziş yoxdur, ona görə də Lyuya yalnız deportasiyadan sonra Amerikaya qayıtsa rəsmən ittiham irəli sürülə bilər.

FTB-nin açıqlamasına görə, Yunsin Tsızyan 2024-cü ildə Miçiqan Universitetində “fusarium graminearum” göbələyi üzərində tədqiqat aparırmış. Onun bu mövzuda Tsunyun Lyu ilə yazışmaları üzə çıxıb.

Yunsin Tsızyanın işi məhkəməyə verilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmə prosesi qapalı keçib. Mediaya sızan məlumatlara görə, Yunsin Tsızyan məhkəməyə qandalda gətirilib və o, çox həyəcanlı görünürmüş.

Yunsin Tsızyanın 2024-cü ildə “fusarium graminearum” göbələyi üzərində tədqiqat apardığı bildirilir

Yunsin Tsızyanın mobil telefonundan onun Çinə sədaqətini ifadə etdiyi sənəd də çıxıb. Həmin sənəddə Yunsin Tsızyan bəyan edib ki, dörd prinsipə əməl edir; Çin Kommunist Partiyasının rəhbərliyini dəstəkləyir; partiyanın təhsil siyasətini əzmlə yerinə yetirir; təhsili, tələbələri və həmkarlarını sevir; vətənə, milli maraqlara sadiqliyini qoruyur”.

“Teleqraf” yazır ki, “dörd prinsip” deyiləndə bunlar nəzərdə tutulur: sosializm quruculuğunu, xalq diktaturasını, Çin Kommunist Partiyasının rəhbərliyini dəstəkləmək, Çin Xalq Respublikasının banisi Mao Tszedunun marksist-leninçi baxışlarını, yəni maosizmi yaşatmaq.

FTB-nin direktoru Kaş Patel vurğulayıb ki, baş verənlər Çin Kommunist Partiyasının ABŞ-ın qida təhlükəsizliyinə və ali təhsil ocaqlarına nümayişkaranə bir müdaxilədir: “Belə əməllər Amerikanın həm iqtisadiyyatına, həm də vətəndaşlarının sağlamlığına ciddi zərbə vurur”.

ABŞ-ın hüquq mühafizə orqanları faktla bağlı cinayət işini qaçaqmalçılıq, yalan ifadə vermə, cinayət sövdələşməsi və viza dələduzluğu maddələri üzrə qaldırıb. Miçiqan Universiteti milli təhlükəsizliyi təhdid edən, ictimai maraqlara zidd olan hər bir əməli qəti şəkildə pislədiyini açıqlayıb, eyni zamanda əlavə edib ki, universitet öz tədqiqatları ilə bağlı Çin dövlətindən maliyyə yardımı almayıb.

Bəs bütün bunların Donald Trampla Si Cinpin arasındakı telefon danışığına nə aidiyyəti var?

“Teleqraf” yazır: “Telefon söhbətində əsas müzakirə mövzularından birinin “tarif savaşı” və ABŞ-ın Çinə taxıl ixracı məsələsi olacağı bəlli idi. Donald Trampın aprelin 2-dən bəri Çin mallarına tətbiq etdiyi gömrük rüsumu artıq 145 faizə çatıb. Cavab olaraq Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına əlavə rüsumlar qoyub. Bu rüsumlar ABŞ iqtisadiyyatına 22 milyard dollara başa gələ bilər”.

Qəzet xatırladır ki, ABŞ-ın aqrar ştatları Donald Trampı dəstəkləyən əsas ştatlar sayılır: “Bu isə o anlama gəlir ki, Çin hökuməti kənd təsərrüfatı məhsullarının idxalına rüsumları artırmaqla faktiki Trampın elektoratının mühüm hissəsini hədəf götürüb. Çinin məqsədi ABŞ daxilində Trampa siyasi təzyiqləri gücləndirməyə nail olmaqdır. Çinin rüsumları ABŞ-da taxılın kəskin şəkildə ucuzlaşmasına səbəb olub ki, bu da amerikalı fermerləri bərk narahat etməkdədir.

Mayın 12-də Vaşinqtonla Pekin “ticarət müharibəsi”nə 90 gün fasilə vermək barədə razılığa gəlib. Həmin razılaşma hələ ki, qüvvədədir. Amma iyunun 4-ü Trampın “Truth Social” şəbəkəsində yazdığı kimi, Si Cinpinlə dil tapmaq çox çətindir”.

Mənbə: Telegraph.co.uk

Dublin yəhudisinin odisseyası

  • 05 İyun 2025
  • comments

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

  • 06 İyun 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0

Tags

  • Ekologiya
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda