Mayda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 35,41 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 111-də bahalaşma, 28-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib.
Ərzaq və spirtsiz içkilərdə bahalaşma 32,87 faiz göstərilir.
İyunun 3-də Azərbaycan Mərkəzi Bankı 100 Türkiyə lirəsini 4 manat 34 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.