• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan komandalarının mümkün rəqibləri

  • 03 İyun 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

2025-2026 mövsümündə UEFA-nın klub turnirlərinə Azərbaycanın 4 komandası buraxılıb. “Qarabağ” Çempionlar Liqasında, “Sabah” Avropa Liqasında, “Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasında yer alır.

Çempionlar Liqasına ikinci mərhələdən başlayan “Qarabağ”a Xorvatiyadan “Riyeka”, Kiprdən “Pafos” və ya birinci mərhələni keçəcək komanda (İsveçdən “Malmö”, Rumıniyadan “Styaua”, Bolqarıstandan “Ludoqorets”, Sloveniyadan “Olimpiya” və s.) rəqib ola bilər.

İki mərhələ adlayacağı halda “Qarabağ”ın son ələmədə Şotlandiyadan “Seltik”, Norveçdən “Bode-Qlimt”lə də üz-üzə gəlməsi mümkündür.

“Sabah” Avropa Liqasının birinci mərhələsində start götürür. Potensial rəqiblər bunlardır: “Şaxtyor” (Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Moldova), “Kluj” (Rumıniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Selye” (Sloveniya), “Spartak” (Slovakiya).

“Zirə” və “Araz-Naxçıvan” Konfrans Liqasının ikinci mərhələsinə salınıb. Onların Niderlanddan “Alkmaar”, Avstriyadan “Rapid”, “Austria”, Çexiyadan “Sparta”, Türkiyədən “Başaksəhər”, İsraildən “Makkabi” (Hayfa), “Beytar” (Yerusəlim), Kiprdən “Omoniya”, Polşadan “Yaqelloniya”, “Rakov”, Portuqaliyadan “Santa Klara”, Qazaxıstandan “Astana”, Belçikadan “Şarlerua”, Xorvatiyadan “Hayduk”, Latviyadan “Riqa”, Sloveniyadan “Maribor”, Yunanıstandan AEK, “Aris”, Kosovodan “Balkani”, Slovakiyadan “Dunayska Streda”, Norveçdən “Vikinq”, “Rusenborq”, Lixtenşteyndən “Vaduts”, Şotlandiyadan “Dandi Yunayted”, Danimarkadan “Brondbü”, “Silkeborq”, İsveçrədən “Lozanna”, Macarıstandan “Puşkaş Akademiya”, Rumıniyadan “Universitatya” (Krayova) ilə qarşılaşması mümkündür.

Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı mərhələlərində ələnənlər Avropa Liqasına, Avropa Liqasının təsnifat raundlarında ələnənlər Konfrans Liqasına köçür. Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.

Mövsümün startı 2025-ci il iyulun 8-nə, Avropa Liqasının finalı 2026-cı il mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.

Valyuta ehtiyatı: il, illər

  • 03 İyun 2025
  • comments

Türkiyədə qiymətlər

  • 03 İyun 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın makroiqtisadi göstəriciləri

GLOBALS:0
comments
Xəbər

Mehmanxana biznesinin yarım ili

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Bayden memuar müqaviləsi bağlayıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda