Mayın 1-nə Azərbaycanda 28,1 milyard manata yaxın kredit qeydə alınıb (53,2 faizi biznes krediti, 31,1 faizi istehlak krediti, 15,7 faizi ipoteka krediti). Cəmi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 1,7 faiz göstərilib.
Mərkəzi Bankın hesabatına görə, ödəniş vaxtı keçmiş kreditlər 502,6 milyon manata çatıb. Bunun 97,9 milyon manatı xarici valyutadadır.
2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit olub. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib.
2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.
2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manata, 2021-ci ilə 893,1 milyon manata, 2022-ci ilə 719,4 milyon manata, 2023-cü ilə 593,7 milyon manata, 2024-cü ilə 437,8 milyon manata düşüb, 2025-ci il 449,1 milyon manatla başlayıb.