Yekun sxemə görə, 2025-2026 mövsümündə UEFA-nın klub turnirlərinə 237 komanda buraxılır: Çempionlar Liqasında 82, Avropa Liqasında 45, Konfrans Liqasında 110 komanda start götürür.
Çempionlar Liqasının birinci təsnifat mərhələsində ələnənlər Konfrans Liqasına, sonrakı mərhələlərində ələnənlər Avropa Liqasına, Avropa Liqasının təsnifat raundlarında ələnənlər Konfrans Liqasına köçür. Hər üç turnirin liqa mərhələsində 36 komandanın iştirakı nəzərdə tutulur, 9-24-cü yerləri tutanlar 1/16 finala, ilk 8 pilləni tutanlar 1/8 finala çıxır.
Azərbaycan üçün Çempionlar Liqası və Konfrans Liqası ikinci mərhələdən, Avropa Liqası birinci mərhələdən başlayır.
Mövsümün startı 2025-ci il iyulun 8-nə, Avropa Liqasının finalı 2026-cı il mayın 20-nə (İstanbul), Konfrans Liqasının finalı mayın 27-nə (Leypsiq), Çempionlar Liqasının finalı mayın 30-na (Budapeşt) təyin olunub.