2025-ci ilin ilk dörd ayında Azərbaycandan 4,5 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Hesabatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını belə sıralayıb: İtaliya, Çexiya, Rumıniya, Almaniya, Xorvatiya, Portuqaliya, Böyük Britaniya, İrlandiya, Yunanıstan, Niderland, Tailand, İndoneziya, İsveçrə, Danimarka, Bolqarıstan, Tunis, Türkiyə.
Dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. Mayın 20-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 67,62 dollara satılır.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Yanvar-aprel aylarında Azərbaycanda 9,1 milyon ton neft çıxarılıb.