• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Mamaqama” ələndi

  • 14 May 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsindəki Azərbaycan təmsilçisi – “Mamaqama” qrupu ələnib. Qrup İsveçrənin Bazel şəhərinin ev sahibliyi etdiyi yarışın mayın 13-də keçirilmiş birinci yarımfinalında yer almışdı. Həmin səddi Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San Marino, Estoniya, Portuqaliya və Ukrayna nümayəndələri adlayıb.

Mayın 15-nə təyin olunmuş ikinci yarımfinala bu ölkələr qatılır:

Avstraliya
Monteneqro
İrlandiya
Latviya
Ermənistan
Avstriya
Yunanıstan
Litva
Malta
Gürcüstan
Danimarka
Çexiya
Lüksemburq
İsrail
Serbiya
Finlandiya.

Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və İtaliya finala (17 may) birbaşa vəsiqə əldə edib.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Azərbaycan əvvəllər 16 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub, 2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov yarımfinalı keçə bilməyiblər.

Artım, azalma, bazar

  • 13 May 2025
  • comments

Orta maaş nə qədər artıb?

  • 14 May 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
comments
Xəbər

Bitir…

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Orta maaş nə qədər artıb?

Son materiallar

comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Artım, azalma, bazar

GLOBALS:0
comments
Xəbər

Hasilat hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda