Futbol üzrə Azərbaycan kubokunun 2024-2025 mövsümündə finalçılar müəyyənləşib. Mayın 31-nə təyin olunmuş finalda “Qarabağ” və “Sabah” üz-üzə gələcək.
Kubokun sahibi 2025-2026 mövsümündə UEFA Avropa Liqasında oynamaq hüququ əldə edir.
1992-ci ildən başlayaraq “Qarabağ” 8, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”) və “Qəbələ” 2, “İnşaatçı” (Bakı) və “Şəfa” 1 dəfə Azərbaycan kubokunu qazanıb.