Azərbaycanın Dövlət Gömrük Komitəsi 2025-ci ilin ilk rübü üzrə ixracı 6,4 milyard dollara yaxın, idxalı 5,7 milyard dollara yaxın göstərib. Aylar üzrə statistika belə rəsmiləşib:
yanvar – 3 milyard 38,4 milyon dollarlıq ixrac, 2 milyard 52,2 milyon dollarlıq idxal;
fevral – 1 milyard 728 milyon dollarlıq ixrac, 2 milyard 85,5 milyon dollarlıq idxal;
mart – 1 milyard 619,4 milyon dollarlıq ixrac, 1 milyard 525,2 milyon dollarlıq idxal.