Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizdə saxlayıb. Qərar aprelin 23-də açıqlanıb. Rəsmi qrafikə görə, növbəti qərarlar bu tarixlərdə təqdim ediləcək: 11 iyun, 23 iyul, 10 sentyabr, 22 oktyabr, 10 dekabr.
Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir. 7,25 faiz həddi 2024-cü il mayın 2-dən qüvvədədir.
2008-ci il 13 faiz, 2009-cu il 8 faiz, 2010-cu il 2 faiz, 2011-ci il 3 faiz, 2012-ci il 5,25 faiz, 2013-cü il 5 faiz, 2014-cü il 4,75 faiz, 2015-ci il 3,5 faiz, 2016-cı il 3 faiz, 2017 və 2018-ci illər 15 faiz, 2019-cu il 9,75 faiz, 2020-ci il 7,5 faiz, 2021-ci il 6,25 faiz, 2022-ci il 7,25 faiz, 2023-cü il 8,25 faiz, 2024-cü il 8 faizlə start götürüb.