Siyasi partiyaların 2024-cü il üzrə gəlirləri açıqlanıb. Mərkəzi Seçki Komissiyasına təqdim olunan maliyyə hesabatlarına görə, Yeni Azərbaycan Partiyası 35 milyon 10 min manata yaxın gəlir əldə edib, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Ümid Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası ili gəlirsiz keçirib.
Vətəndaş Həmrəyliyi Partiyası gəlirini 336,8 min manat, Ədalət, Hüquq, Demokratiya Partiyası 284,8 min manat, Böyük Quruluş Partiyası 274,5 min manat, Azərbaycan Demokratik Maarifçilik Partiyası 274,4 min manat, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyası 274,2 min manat, Vəhdət Partiyası 195,6 min manat, Azərbaycan Milli İstiqlal Partiyası 68,1 min manat, Böyük Azərbaycan Partiyası 65,8 min manat göstərib.
Müsavat Partiyası ili 29,5 min manat, Ağ Partiya 4,6 min manat, Azad Vətən Partiyası 3,5 min manat, Ədalət Partiyası 3495,6 manat, Azərbaycan Xalq Partiyası 3400 manat, Yeni Zaman Partiyası 2025,6 manat, Haqq-Ədalət Partiyası 1045 manat, Klassik Xalq Cəbhəsi Partiyası 200 manat gəlirlə basa vurub.
Qanuna görə, siyasi partiyanın əsas maliyyələşmə mənbələri üzvlük haqqı, ianə, dövlət maliyyə yardımı, çap mediasının, ictimai-siyasi nəşrlərin, başqa təbliğat və təşviqat materiallarının hazırlanması və satışı, mülki hüquq müqavilələri üzrə əldə edilən vəsait, hüquq varisliyi və vərəsəlik yolu ilə əldə edilən əmlakdır.