Son materiallar
Xəbərlər yüklənir ...
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-mart aylarında Azərbaycanda 3 milyard 467,7 milyon manat məbləğində, 2024-cü ilin ilk rübü ilə müqayisədə 10,1 faiz az investisiya yatırılıb, neft-qaz sektoruna sərmayə 24,2 faiz, qeyri-neft/qaz sektoruna 2,4 faiz azalıb.
Sənayedə 2,7 faiz geriləmə qeydə alındığı, neft-qaz sektorunda məhsul istehsalının 3,6 faiz azaldığı, qeyri-neft/qaz sektorunda 3,5 faiz artdığı bildirilir.
Qeyd olunur ki, yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb, alınan mallara xərclənən vəsaitin 51 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının payına düşüb.
Məlumata əsasən, yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 144 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları aparıb, 85 ölkəyə ixrac, 138 ölkədən idxal rəsmiləşib, 2024-cü ilin eyni dövrü ilə müqayisədə idxal real ifadədə 39 faiz artıb, ixrac 8,9 faiz azalıb.