Energetika Nazirliyinin hesabatına görə, 2025-ci ilin ilk rübündə Azərbaycanda kondensatla birlikdə 6,9 milyon ton neft çıxarılıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan neftinin barreli aprelin 5-dən bu qiymətdən aşağı düşüb. Ucuzlaşma aprelin 3-də ABŞ-ın 185 ticarət tərəfdaşına azı 10 faizlik idxal rüsumları tətbiq etməsi fonunda başlayıb.
Neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton göstərilib.