2025-ci ilin dövlət büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub. Maliyyə Nazirliyinin hesabatına görə, ilk rübdə büdcə 9 milyard 733,4 milyon manat gəlir əldə edib. Dövlət Vergi Xidmətindən daxilolmalar 4 milyard 380,6 milyon manat, Dövlət Gömrük Komitəsindən daxilolmalar 1 milyard 430,5 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən daxilolmalar 10,4 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar 136,7 milyon manat, başqa daxilolmalar 154,9 milyon manat, Dövlət Neft Fondundan köçürmə 3 milyard 620,3 milyon manat göstərilir.
Yanvar-mart aylarının büdcə xərclərinin 8 milyard 115 milyon manat olduğu xəbər verilir.