Aprelin 8-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 68,14 dollara satılır. Bu, büdcə qiymətindən 1,86 dollar aşağı göstəricidir. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb.
Yanvar-fevral aylarında Azərbaycanda 4,5 milyon ton neft çıxarılıb, ölkədən 2 milyard 672,8 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.
İxracatçıların OPEK+ koalisiyasının qərarına görə, Azərbaycanda xam neftin gündəlik hasilatı 551 min barreli ötə bilməz. Qalan ölkələr üzrə normalar belədir: Səudiyyə Ərəbistanı – 9 milyon 200 min barrel, Rusiya – 9 milyon 83 min barrel, İraq – 4 milyon 49 min barrel, Birləşmiş Ərəb Əmirlikləri – 3 milyon 15 min barrel, Küveyt – 2 milyon 443 min barrel, Meksika – 1 milyon 753 min barrel, Qazaxıstan – 1 milyon 486 min barrel, Nigeriya – 1 milyon 500 min barrel, Əlcəzair – 919 min barrel, Oman – 768 min barrel, Malayziya – 401 min barrel, Konqo – 277 min barrel, Bəhreyn – 196 min barrel, Qabon – 177 min barrel, Cənubi Sudan – 124 min barrel, Bruney – 83 min barrel, Ekvatorial Qvineya – 70 min barrel, Sudan – 64 min barrel.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.