ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təyinat yubanır. Prezident Donald Tramp bu vəzifədə Eliz Stefaniki görmək istəsə də, martın 27-də onun namizədliyini geri çəkib.
Hazırda BMT-dəki daimi nümayəndə səlahiyyətlərini Dorosi Şi icra edir.
Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp 2017-2021-ci illərdə prezident olub, 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır. Seçkili vitse-prezident postunu Ceyms Devid Vens tutur, Ağ ev aparatının başçısı vəzifəsinə Syuzan Uayls gətirilib.
Konqresin yuxarı palatası olan Senat bu təyinatları rəsmiləşdirib:
dövlət katibi – Marko Rubio
müdafiə naziri – Piter Heqset
ədliyyə naziri – Pamela Co Bondi
daxili işlər naziri – Duqlas Burqum
daxili təhlükəsizlik naziri – Kristi Noem
maliyyə naziri – Skott Bessent
nəqliyyat naziri – Şon Daffi
energetika naziri – Kristofer Rayt
kənd təsərrüfatı naziri – Bruk Rollins
ticarət naziri – Hovard Lütnik
tikinti və şəhər inkişafı naziri Skott Turner
təhsil naziri Linda Makmen
əmək naziri – Lori Çaves-Deremer
səhiyyə və sosial xidmətlər naziri – Robert Kennedi
veteranlarla iş naziri – Duqlas Kollins
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru – Con Ratkliff
Milli Kəşfiyyatın direktoru – Tulsi Qabbard
İnzibati-Büdcə İdarəsinin direktoru – Rassel Vout
Kiçik Biznes Administrasiyasının rəhbəri – Kelli Leffler
ticarət nümayəndəsi – Ceymison Qrir
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi – Li Zeldin.
Martın 21-də prezident Təhsil Nazirliyinin ləğvi prosesinə fərman verib.