• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Türkiyədə İmamoğlu zəlzələsi

  • 19 Mart 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Türkiyə yeni siyasi qalmaqal mərhələsinə girib. Martın 18-də İstanbul Universiteti şəhər bələdiyyəsinin başçısı, müxalif Cümhuriyyət Xalq Partiyasının üzvü Əkrəm İmamoğlunun ali təhsil diplomunun geri alınması qərarı verib, martın 19-da isə Əkrəm İmamoğlu müxtəlif ağır cinayətlər üzrə həbs dalğası çərçivəsində tutulub.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon bölgəsində doğulub. İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib.

1992-ci ildən inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub.

2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub.

2019 və 2024-cü illərdə İstanbul böyük şəhər bələdiyyəsinin başçısı seçilib.

Əkrəm İmamoğlunun növbəti prezident seçkisində Cümhuriyyət Xalq Partiyasının namizədi olması gözlənirdi. Partiya bunun üçün martın 23-nə ilkin seçki təyin edib.

Növbəti prezident seçkisi 2028-ci ilin mayında keçirilməlidir, amma erkən seçki də istisna olunmur.

Hazırda prezident kürsüsündə Rəcəb Teyyub Ərdoğan əyləşir. 1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə İstanbul bələdiyyəsinin başçısı postunu tutub. 1999-cu ildə həbsdə yatıb. 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. 2003-cü ildən baş nazirlik edib, 2014, 2018 və 2023-cü illərdə prezident seçilib.

2018-ci ildən Türkiyədə prezident həm dövlət, həm də hökumət başçısıdır. Konstitusiyaya görə, 40 yaşına çatmış ali təhsilli Türkiyə vətəndaşı prezidentliyə namizəd ola bilər.

600 nəfərlik Türkiyə parlamentinin hazırda 593 üzvü var. Ədalət və İnkişaf Partiyası 272, Cümhuriyyət Xalq Partiyası 134 mandatla təmsil olunur.

Cümhuriyyət Xalq Partiyası ana müxalifət qurumudur. 2023-cü il noyabrın 5-dən partiyaya Özgür Özəl sədrlik edir. 1974-cü il təvəllüdlü Özgür Özəl 2011-ci ildən parlamentin üzvüdür.

Nikah və boşanma statistikası

  • 18 Mart 2025
  • comments

Bəlkə biz robotlaşırıq?

  • 19 Mart 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda