• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xarici ticarətin iki ayı

  • 17 Mart 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycan 2025-ci ilin yanvar-fevral aylarında 144 ölkə ilə ticarət əməliyyatı aparıb, ixrac 4,7 milyard dolları, idxal 4,1 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsi bildirir ki, ixracın 89,8 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft/qaz sektoru üzrə ixrac 485 milyon dollar həndəvərində göstərilir, ilk beşlikdə meyvə-tərəvəz (108,9 milyon dollar), kimya sənayesi məhsulları (62,8 milyon dollar), plastmas və ondan hazırlanan məmulatlar (43,1 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (30,5 milyon dollar), pambıq lifi (23,9 milyon dollar) yer alır.

İdxalda əsas beş məhsul belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 549,4 milyon dollar, yeyinti məhsulları – 414,7 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri – 353,7 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 197,6 milyon dollar, əczaçılıq məhsulları – 90,6 milyon dollar.

Hesabata görə, ixracın 4,9 faizi MDB ölkələrinə, 74,6 faizi Avropa İttifaqı ölkələrinə, 20,5 faizi başqa ölkələrə yönəlib, idxalda MDB-nin payı 26,9 faiz, Avropa İttifaqının payı 11,8 faiz, başqa ölkələrin payı 61,3 faiz olub, ticarət dövriyyəsində və ixracda əsas tərəfdaş qismində İtaliya, idxalda əsas tərəfdaş kimi Rusiya qərar tutub.

Qonşu ölkələrlə ticarət belə rəsmiləşib:

Türkiyə – 573,3 milyon dollar ixrac, 431,2 milyon dollar idxal

Rusiya – 150,8 milyon dollar ixrac, 847 milyon dollar idxal

Gürcüstan – 130,2 milyon dollar ixrac, 18,3 milyon dollar idxal

Qazaxıstan – 12,1 milyon dollar ixrac, 59,7 milyon dollar idxal

Türkmənistan – 6,7 milyon dollar ixrac, 43,7 milyon dollar idxal

İran – 2,4 milyon dollar ixrac, 101,8 milyon dollar idxal.

Yaşıl meydanlarda

  • 17 Mart 2025
  • comments

Dördüncü hökm

  • 17 Mart 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda