• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dördüncü hökm

  • 17 Mart 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə daha bir hökm oxunub. Martın 17-də Tbilisi Şəhər Məhkəməsi ona 4 il 6 aylıq həbs cəzası kəsib. Siyasətçi dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.

Mixail Saakaşvili prezident postunu 2004-2013-cü illərdə tutub, 2013-cü ildə ölkəni tərk edib, 2015-ci ildən Ukraynada yaşayaraq vətəndaşlıq alıb və Gürcüstan vətəndaşlığından çıxarılıb.

2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidenti bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.

Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.

2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.

2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu prezidentin sifarişi saydığını bəyan edib.

2018-ci ildəki hər iki hökm qiyabi çıxarılıb.

2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub. Oktyabrın 20-də Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Sabiq prezident xəstədir, 2022-ci il mayın 12-dən Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində müalicə olunur.

2025-ci il martın 12-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşviliyə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökmə görə, Mixail Saakaşvili dövlət başçısı olarkən, 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin 3 milyon dollara yaxın vəsaitini israf edib.

Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini daha bir iş üzrə mühakimə edir. Proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsində, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.

Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub. Mixail Saakaşvili hökumətə sərt müxalif mövqedə dayanır.

Xarici ticarətin iki ayı

  • 17 Mart 2025
  • comments

Azərbaycan hansı ölkələrə neft satır?

  • 17 Mart 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda