Energetika Nazirliyinin hesabatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kondensatla birlikdə 4,5 milyon ton neft çıxarılıb, xam neftin gündəlik hasilatı 465 min barrel həddində rəsmiləşib.
Martın 13-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 74,02 dollara satılır. 2025-ci ilin dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb.
Dünya bazarında neftin qiymətini ixracatçıların OPEK+ koalisiyası hasilat razılaşmaları ilə tənzimləyir. Azərbaycan üçün xam neftin gündəlik hasilat norması 551 min barreldir.
Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton göstərilib.