Dövlət Statistika Komitəsi bildirir ki, fevralda Azərbaycanın istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,5 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 5,7 faiz, qeyri-qida məhsulları 2,7 faiz, ödənişli xidmətlər 7,4 faiz bahalaşıb.
Hesabata görə, yanvar-fevral aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində xərclənən vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,8 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Qeyd olunur ki, yanvarda xarici ticarət dövriyyəsi 2024-cü ilin ilk ayına nəzərən real ifadədə 9,3 faiz artıb, idxalda 50,1 faiz yüksəliş, ixracda 12,5 faiz geriləmə rəsmiləşib.
Başqa məlumata əsasən, yanvar-fevral aylarında sərmayə qoyuluşunda ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz, sənaye istehsalında 1,9 faiz azalma olub.