Fevralda Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 2,5 faiz bahalaşıb. Statistika Komitəsinin hesabatına görə, təhsil sahəsində qiymətlər 7,8 faiz, ərzaq və spirtsiz içkilərdə 4,5 faiz, spirtli içkilər və tütün məmulatlarında 3,4 faiz, səhiyyə sektorunda 3,2 faiz, nəqliyyat xidmətlərində 2,6 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 1,3 faiz, istirahət və mədəniyyət xidmətlərində 0,9 faiz, rabitə xidmətlərində 0,4 faiz, kommunal xidmətlərdə 0,3 faiz artıb.
Geyim və ayaqqabıların 2,9 faiz, məişət avadanlıqlarının 1,6 faiz ucuzlaşdığı bəyan olunub.