• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynanın dövlət başçıları

  • 04 Mart 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Müstəqillik illərində 6 nəfər Ukrayna prezidenti seçilib, 1 nəfər dövlət başçısı səlahiyyətlərini müvəqqəti icra edib.

1991-ci il avqustun 24-də müstəqilliyini elan edən zaman Ukraynada dövlət başçısı postunu parlament sədri Leonid Kravçuk tutub. O, 1990-cı il iyulun 23-dən parlament sədri olub, 1991-ci il dekabrın 1-də prezident seçilib.

1994-cü ildə növbədənkənar prezident seçkisi keçirilib. İyulun 10-da – ikinci turda Leonid Kuçma prezident mandatı alıb, 1999-cu il seçkisinin ikinci turunda (14 noyabr) postunu əlində saxlayıb.

2004-cü ilin prezident seçkisi üç mərhələdən ibarət olub. İkinci turun dekabrın 26-da keçirilmiş təkrar səsverməsində Viktor Yuşşenko prezident seçilib.

2010-cu ilin seçkisində – fevralın 7-də keçirilmiş ikinci turda Viktor Yanukoviç prezident seçilib.

2014-cü il fevralın 22-də Viktor Yanukoviç parlamentin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri parlament sədri Aleksandr Turçinova ötürülüb, mayın 25-də keçirilmiş növbədənkənar seçkidə Pyotr Poroşenko prezident seçilib.

2019-cu il aprelin 21-də – prezident seçkisinin ikinci turunda Vladimir Zelenski dövlət başçısı mandatı alıb. Onun səlahiyyət müddəti 2024-cü il mayın 20-də baş çatsa da, müharibə dövründə seçki keçirməmək qərarı verilib.

Ukrayna Konstitusiyasına görə, prezident postu boş qalanda dövlət başçısının səlahiyyətləri parlamentin – Ali Radanın sədrinə keçir.

2019-cu il iyulun 21-də seçilmiş parlamentə 2021-ci il oktyabrın 8-dən Ruslan Stefançuk sədrlik edir. O, Vladimir Zelenskini dəstəkləyən Xalq Xidmətçisi Partiyasının üzvüdür.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən dərhal sonra Rusiya Krım yarımadasını zəbt edib, martın 18-də bölgəni Krım Respublikası və Sevastopol şəhəri adları ilə özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də tutaraq işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Üçpartiyalı hökumət

  • 04 Mart 2025
  • comments

Əhalinin 50,2 faizi…

  • 04 Mart 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda