Gürcüstanın Milli Statistika Xidməti bildirir ki, fevralda ölkənin istehlak bazarında qiymətlər 2024-cü ilin eyni ayı ilə müqayisədə 2,4 faiz artıb. Mehmanxana və ictimai iaşə xidmətlərində bahalaşma 6,8 faiz, səhiyyə xidmətlərində 5,4 faiz, təhsil sahəsində 5,2 faiz, spirtli içkilər və tütün məmulatlarında 4,7 faiz, ərzaq və spirtsiz içkilərdə 3,7 faiz, kommunal xidmətlərdə 1 faiz, nəqliyyat xidmətlərində 0,4 faiz, istirahət, əyləncə və mədəniyyət sektorunda 0,3 faiz göstərilir.
Hesabata görə, rabitə xidmətləri 12,2 faiz, mebel və məişət əşyaları 2,1 faiz ucuzlaşıb.