Fevralda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin eyni ayına nəzərən 39,05 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 113-də bahalaşma, 25-də ucuzlaşma qeydə alınıb, 5-də qiymət dəyişməyib.
Azərbaycan Mərkəzi Bankı martın 3-də 100 Türkiyə lirəsini 4 manat 65 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.