Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 1954-cü, baş nazir Əli Əsədov 1956-cı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, müdafiə naziri Zakir Həsənov 1959-cu il təvəllüdlüdür.
Baş nazirin müavini Samir Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci, baş nazirin müavini Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov 1965-ci, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci, energetika naziri Pərviz Şahbazov 1969-cu ildə doğulub.
Səhiyyə naziri Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 1974-cü, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, ədliyyə naziri Fərid Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 1979-cu ildə dünyaya gəlib.
Maliyyə naziri Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı ildə anadan olub.
Ekologiya və təbii sərvətlər naziri postu boşdur. Nazirin birinci müavini Rəşad İsmayılov 1979-cu il təvəllüdlüdür.