Mərkəzi Bankın hesabatına görə, 2025-ci il fevralın 1-nə Azərbaycanda 27,5 milyard manat kredit, 14,7 milyard manata yaxın əmanət rəsmiləşib.
Bakıda 21 milyard 46,5 milyon manat kredit qeydə alınıb. Başqa bölgələr belə sıralanır: Abşeron-Xızı – 1,1 milyard manat, Gəncə-Daşkəsən – 821,1 milyon manat, Lənkəran-Astara – 652,4 milyon manat, Mərkəzi Aran – 552,5 milyon manat, Şəki-Zaqatala – 526 milyon manat, Qazax-Tovuz – 524,6 milyon manat, Qarabağ – 474,6 milyon manat, Quba-Xaçmaz – 467,5 milyon manat, Şirvan-Salyan – 431,6 milyon manat, Naxçıvan – 420,8 milyon manat, Mil-Muğan – 300,1 milyon manat, Dağlıq Şirvan – 186 milyon manat, Şərqi Zəngəzur – 9,8 milyon manat.
Bakıda 13 milyard manata yaxın əmanət qoyulub. Qalan bölgələrin göstəriciləri belədir: Abşeron-Xızı – 520,7 milyon manat, Gəncə-Daşkəsən – 235,1 milyon manat, Quba-Xaçmaz – 138,7 milyon manat, Lənkəran-Astara – 131,7 milyon manat, Şəki-Zaqatala – 126,4 milyon manat, Mərkəzi Aran – 123,7 milyon manat, Qazax-Tovuz – 110,4 milyon manat, Qarabağ – 91,8 milyon manat, Naxçıvan – 74,2 milyon manat, Şirvan-Salyan – 71 milyon manat, Mil-Muğan – 52,3 milyon manat, Dağlıq Şirvan – 43,7 milyon manat, Şərqi Zəngəzur – 503 min manat.
Fevralın 1-nə qaytarılma vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat göstərilib. 2025-ci il 449,1 milyon manatla başlayıb.
Rəsmi statistika 2015-ci ilə 976,3 milyon manat məbləğində problemli kredit qeydə alıb. Həmin ilin devalvasiyaları problemli kreditləri artırıb. 2016-cı ilə 1 milyard 508,5 milyon manat, 2017-ci ilə 1 milyard 472,6 milyon manat, 2018-ci ilə 1 milyard 626,7 milyon manat, 2019-cu ilə 1 milyard 585 milyon manat problemli kredit rəsmiləşib.
2019-cu ildə dövlət fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bağlanmış kredit müqavilələri üzrə devalvasiya kompensasiyaları verib.
2020-ci ilə ödəniş vaxtı keçmiş kreditlər 1 milyard 273,1 milyon manat, 2021-ci ilə 893,1 milyon manat, 2022-ci ilə 719,4 milyon manat, 2023-cü ilə 593,7 milyon manat, 2024-cü ilə 437,8 milyon manat olub.