2025-ci ilin yanvarında Azərbaycanın ixracının 2,8 milyard dollara yaxını neft-qaz sektorunun payına düşüb. Dövlət Gömrük Komitəsi qeyri-neft/qaz sektoru üzrə ixracı 245,8 milyon dollar həndəvərində göstərir. Hesabata görə, meyvə-tərəvəz ixracı 60,4 milyon dollar, kimya sənayesi məhsulları ixracı 35,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 18,6 milyon dollar, alüminium və ondan hazırlanan məmulatlar ixracı 12,4 milyon dollar, pambıq lifi ixracı 9,2 milyon dollar, elektrik enerjisi ixracı 7,7 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar ixracı 7,3 milyon dollar, alkoqollu və alkoqolsuz içkilər, sirkə ixracı 4,3 milyon dollar, sement ixracı 4,2 milyon dollar, tərəvəz və meyvələrin emal məhsulları ixracı 2,1 milyon dollar, şəkər ixracı 1,4 milyon dollar, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 1,35 milyon dollar, iplik pambıq ixracı 1,31 milyon dollar, çay ixracı 471,3 min dollar dəyərində rəsmiləşib.
2 milyard 52,3 milyon dolları ötən idxalda əsas məhsullar belə sıralanır: maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri – 292,6 milyon dollar, yeyinti məhsulları – 203 milyon dollar, nəqliyyat vasitələri və onların hissələri – 171,9 milyon dollar, qara metallar və onlardan hazırlanan məmulatlar – 100,4 milyon dollar, əczaçılıq məhsulları – 51,8 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatlar – 41 milyon dollar, geyim və geyim ləvazimatı – 34,1 milyon dollar, oduncaq və ondan hazırlanan məmulatlar – 33,3 milyon dollar, mebel və onun hissələri – 11,8 milyon dollar, tütün və tütün məmulatları – 9,6 milyon dollar, gübrə – 5,1 milyon dollar.