• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

1/8 final, 48 komanda

  • 21 Fevral 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

UEFA-nın klub turnirlərində 2024-2025 mövsümü 1/8 final mərhələsinə çatıb: Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 16 komanda qalır. Rusiya yarışlardan kənar, 32 ölkə təmsilçisizdir.

Avropa Liqasının 1/8 finalında liqa raundunda Azərbaycanın “Qarabağ” komandasına rəqib olmuş 6 komanda var: “Tottenhem” (İngiltərə), “Lion” (Fransa), “Ayaks” (Niderland), “Olimpiakos” (Yunanıstan), “Styaua” (Rumıniya), “Bode-Qlimt” (Norveç).

“Qarabağ” 11 dəfə UEFA turnirlərinin əsas mərhələsində yarışıb. 6 mövsümdə onunla oynamış komanda finala çıxıb: Avropa Liqasının 2014-2015 mövsümündə “Qarabağ”la eyni qrupda yarışmış “Dnepr” (Ukrayna) finalda oynayıb; Çempionlar Liqasının 2017-2018 mövsümündə “Qarabağ”la eyni qrupda mübarizə aparmış “Atletiko” (İspaniya) Avropa Liqasına ələnərək turnirin qalibi olub; Avropa Liqasının 2018-2019 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış “Arsenal” (İngiltərə) komandası finala çıxa bilib; Avropa Liqasının 2019-2020 mövsümündə “Qarabağ”la eyni qrupda yer almış “Sevilya” (İspaniya) kuboku başı üzərinə qaldırıb; Avropa Liqasının 2020-2021 mövsümündə “Qarabağ”la eyni qrupda oynamış İspaniya “Vilyarreal”ı turnirin qalibi olub; Avropa Liqasının 2023-2024 mövsümündə “Qarabağ”a həm qrupda, həm də 1/8 finalda rəqib olmuş “Bayer” (Almaniya) finalda yer alıb.

Azərbaycan 55 üzvü olan UEFA-nın klub reytinqində 28-ci pillədədir. Reytinq turnirlərin son beş mövsümündə qazanılan əmsallara əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, sonrakı raundlarda qələbə 2 xal, heç-heçə 1 xaldır. Liqa mərhələsindən başlayaraq finala qədər bonus xalları da var. Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır. Azərbaycan bu mövsüm 2,875 əmsal qazanıb.

“Heydər Əliyev” ordeni alan şəxslər

  • 21 Fevral 2025
  • comments

Əhali statistikasından seçmə

  • 21 Fevral 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
Xəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ermənistanda növbədənkənar seçki qaydası

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Eldar Həsənov – 70

Son materiallar

comments
Xəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
Xəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda