Dövlət Statistika Komitəsinin hesabatına görə, fevralın 1-nə Azərbaycanda 5 milyon 29,9 min nəfər məşğul şəxs, 225,6 min nəfər işsiz qeydə alınıb. Yanvarın 1-nə muzdlu işçilərin sayı 1 milyon 778,5 min nəfər, onların orta aylıq nominal əməkhaqqı 1009,2 manat göstərilib, iqtisadi fəaliyyət növləri belə sıralanıb:
mədən sənayesi – 3564,8 manat;
maliyyə və sığorta fəaliyyəti – 2682,4 manat;
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1710,7 manat;
informasiya və rabitə – 1670,8 manat;
dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1417,6 manat;
nəqliyyat və anbar təsərrüfatı – 1395,1 manat;
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1097,2 manat;
tikinti – 1086,5 manat;
daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1073,3 manat;
emal sənayesi – 905,5 manat;
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 848,5 manat;
təhsil – 754,5 manat;
turistlərin yerləşdirilməsi və ictimai iaşə – 749,2 manat;
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 747 manat;
su təchizatı, tullantıların təmizlənməsi və emalı – 745,3 manat;
ticarət; nəqliyyat vasitələrinin təmiri – 691,3 manat;
inzibati və yardımçı xidmətlərin göstərilməsi – 620 manat;
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 589,6 manat;
başqa sahələrdə xidmətlərin göstərilməsi – 1308,4 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.