Rəsmi hesabata görə, 2025-ci ilin ilk ayında Azərbaycandan 1,9 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. İxrac ünvanları belə sıralanır: İtaliya, Almaniya, Çexiya, Xorvatiya, Portuqaliya, Rumıniya, Böyük Britaniya, Yunanıstan, İrlandiya, Türkiyə.
Dövlət büdcəsində bir barrel neft 70 dollardan götürülüb. Fevralın 18-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,80 dollara satılır.
2008-ci ildə Azərbaycanda kondensatla birlikdə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton neft hasil olunub.
2025-ci ilin yanvar ayı üzrə hasilat 2,3 milyon ton göstərilib.
İxracatçıların OPEK+ koalisiyasının razılaşmasına görə, 2025 və 2026-cı illərdə Azərbaycanda xam neftin gündəlik hasilatı 551 min barreli ötə bilməz.