Yanvarda Azərbaycanda 9 milyard 430,2 milyon manatlıq, 2024-cü ilin ilk ayı ilə müqayisədə 0,9 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsi neft-qaz sektorunda 4 faiz azalmanın, qeyri-neft/qaz sektorunda 1 faiz artımın qeydə alındığını bildirir, adambaşına ÜDM-i 922,1 manat göstərir.