Yanvarda Azərbaycanın istehlak bazarında qiymətlər 2024-cü ilin ilk ayına nisbətən 5,4 faiz artıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, qida məhsulları, içkilər və tütün məmulatları 5 faiz, qeyri-qida məhsulları 2,6 faiz, ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.
1992-ci ildə ölkədə qiymətlər 10,1 dəfə, 1993-cü ildə 12,3 dəfə, 1994-cü ildə 17,6 dəfə, 1995-ci ildə 5,1 dəfə yüksəlib, 1996-cı ildə 19,9 faiz, 1997-ci ildə 3,7 faiz inflyasiya gedib.
1998-ci il 0,8 faiz, 1999-cu il 8,5 faiz ucuzlaşma ilə bitib.
2000-ci ildə 1,8 faiz, 2001-ci ildə 1,5 faiz, 2002-ci ildə 2,8 faiz, 2003-cü ildə 2,2 faiz, 2004-cü ildə 6,7 faiz, 2005-ci ildə 9,6 faiz, 2006-cı ildə 8,3 faiz, 2007-ci ildə 16,7 faiz, 2008-ci ildə 20,8 faiz, 2009-cu ildə 1,5 faiz, 2010-cu ildə 5,7 faiz, 2011-ci ildə 7,9 faiz, 2012-ci ildə 1,1 faiz, 2013-cü ildə 2,4 faiz, 2014-cü ildə 1,4 faiz, 2015-ci ildə 4 faiz, 2016-cı ildə 12,4 faiz, 2017-ci ildə 12,9 faiz, 2018-ci ildə 2,3 faiz, 2019-cu ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz, 2021-ci ildə 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə 2,2 faiz inflyasiya rəsmiləşib.