ABŞ-ın yeni prezidenti Donald Trampın komandası formalaşır.
Respublikaçılar Partiyasının üzvü olan Donald Tramp 2016-cı ilin prezident seçkisində qalib gələrək 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb, 2020-ci ilin prezident seçkisində uduzaraq 2021-ci il yanvarın 20-də postunu tərk edib. 2024-cü ilin prezident seçkisini udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenə dövlət başçısıdır.
Seçkili vitse-prezident postunu Ceyms Devis Vens tutur, Ağ ev aparatına Syuzan Uayls başçılıq edir.
Marko Rubio dövlət katibi, Piter Heqset müdafiə naziri, Pamela Co Bondi ədliyyə naziri (baş prokuror), Duqlas Burqum daxili işlər naziri, Kristi Noem daxili təhlükəsizlik naziri, Skott Bessent maliyyə naziri, Şon Daffi nəqliyyat naziri, Kristofer Rayt energetika naziri, Skott Turner tikinti və şəhər inkişafı naziri, Duqlas Kollins veteranlarla iş naziri postuna təsdiqlənib.
Hovard Lütnik ticarət naziri, Bruk Rollins kənd təsərrüfatı naziri, Lori Çaves-Deremer əmək naziri, Robert Kennedi səhiyyə və sosial xidmətlər naziri, Linda Makmen təhsil naziri vəzifəsinə namizəddir.
Con Ratkliff Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, Rassel Vout İnzibati-Büdcə İdarəsinin direktoru, Li Zeldin Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəisi təyin olunub.
Eliz Stefanik ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, Tulsi Qabbard Milli Kəşfiyyatın direktoru, Ceymison Qrir ticarət nümayəndəsi, Kelli Leffler Kiçik Biznes Administrasiyasının rəhbəri vəzifəsinə namizəddir.