Fevralın 6-da sərəncamlar imzalayan prezident İlham Əliyev Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən maliyyə naziri postuna keçirib.
Əvvəlki maliyyə naziri Samir Şərifov yanvarın 10-da baş nazirin müavini vəzifəsinə təyinat alıb.
1980-ci il təvəllüdlü Sahil Babayev 2018-ci il aprelin 21-dən əmək və əhalinin sosial müdafiəsi naziri idi. Əvvəllər o, bir çox məsul post tutub, o cümlədən iqtisadiyyat nazirinin müavini olub.
Fevralın 7-də Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. O, 2018-ci il oktyabrın 30-dan nazir müavini vəzifəsində çalışırdı.
1980-ci il təvəllüdlü Anar Əliyev hüquq üzrə fəlsəfə doktorudur.