Azərbaycan Mərkəzi Bankı fevralın 7-də ABŞ dollarının kursunu 1,7 manatda saxlayıb, bununla sabitliyin 6 il 11 ayı tamamlanıb.
2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Dövlət Neft Fondu Mərkəzi Bankın 2016-2024-cü illərdə keçirdiyi valyuta hərraclarında 50,1 milyard ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi statistikaya görə, 2016-cı ildə fonddan 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard, 2023-cü ildə 2,7 milyard, 2024-cü ildə 7,1 milyard dollar alınıb.