Fevralın 6-da sərəncamlar imzalayan prezident İlham Əliyev Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən maliyyə naziri postuna keçirib.
Əvvəlki maliyyə naziri Samir Şərifov yanvarın 10-da baş nazirin müavini vəzifəsinə təyinat alıb.
1980-ci il təvəllüdlü Sahil Babayev 2018-ci il aprelin 21-dən əmək və əhalinin sosial müdafiəsi naziri idi. Əvvəllər o, bir çox məsul post tutub, o cümlədən iqtisadiyyat nazirinin müavini olub.