• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

17-ci iştirak

  • 05 Fevral 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Avroviziya 2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı “Mamaqama” qrupu təmsil edəcək. Qrupda üç oğlan (vokalçı, gitaraçı, zərb alətləri ifaçısı) yer alır.

Azərbaycan əvvəllər 16 yarışa qatılıb, 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub, 2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov yarımfinalda ələniblər.

İsveçrənin Bazel şəhərinin ev sahibliyi edəcəyi “Avroviziya 2025”də birinci yarımfinal mayın 13-nə, ikinci yarımfinal mayın 15-nə, final mayın 17-nə təyin olunub. Albaniya, Azərbaycan, Belçika, Estoniya, Xorvatiya, İslandiya, İsveç, Kipr, Niderland, Norveç, Polşa, Portuqaliya, San Marino, Sloveniya, Ukrayna birinci yarımfinala, Avstraliya, Avstriya, Çexiya, Danimarka, Ermənistan, Finlandiya, Gürcüstan, İrlandiya, İsrail, Latviya, Litva, Lüksemburq, Malta, Monteneqro, Serbiya, Yunanıstan ikinci yarımfinala düşüb.

Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İsveçrə və İtaliya yarımfinaldan azaddır.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” müsabiqəsində İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Uzun sürən xəstəlik

  • 04 Fevral 2025
  • comments

Gürcüstan parlamenti qayçılandı

  • 05 Fevral 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda