Yanvarda Türkiyədə istehlak qiymətləri 2024-cü ilin ilk ayına nəzərən 42,12 faiz artıb. Hesabatı yayan Statistika Qurumu bildirir ki, 143 əsas mal, məhsul və xidmətin 126-da bahalaşma, 13-də ucuzlaşma qeydə alınıb, 4-də qiymət dəyişməyib.
Azərbaycan Mərkəzi Bankı fevralın 3-də 100 Türkiyə lirəsini 4 manat 74 qəpiyə satır.
2021-2024-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 4 manat 85 qəpiyə düşüb, 2025-ci il 4 manat 81 qəpiklə başlayıb.