Parlamentin 3 fevral iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib. Yenilik fevralın 1-dən əmək pensiyasının minimum məbləğinin 320 manat olmasını nəzərdə tutur.
Azərbaycanda kişilər 65, qadınlar 64 yaşda pensiyaya çıxır. 2026-cı il iyulun 1-dən qadınların da pensiya yaşı 65-ə yüksələcək.
Pensiyalar orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir. 2024-cü ilin 11 ayında muzdlu işçilərin orta aylıq maaşı 8 faiz artıb.
2025-ci il yanvarın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98,6 min nəfər pensiyaçı qeydiyyatda olub.