• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qarabağ”ın Avropa yolu

  • 31 Yanvar 2025
  • comments
  • hikmet
  • Posted in Xəbər

Azərbaycanın “Qarabağ” komandası UEFA-nın klub turnirlərinin 2024-2025 mövsümünə Çempionlar Liqasında başlayaraq Avropa Liqasına köçdü, liqa mərhələsində ələndi.

“Qarabağ” əvvəllər 19 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib. 1996-1997, 1998-1999 mövsümlərində komanda Kuboklar kubokunun (ləğv edilib), 1997-1998, 2004-2005, 2006-2007 mövsümlərində UEFA kubokunun (indiki Avropa Liqası) ilk mərhələsində ələnib, 2009-2010, 2011-2012 mövsümlərində Avropa Liqasında iki, 2010-2011, 2013-2014 mövsümlərində üç raund aşıb.

2014-2015, 2015-2016, 2016-2017, 2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə “Qarabağ” Çempionlar Liqasında start verib, Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.

2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.

2021-2022-ci il mövsümünə Konfrans Liqasında başlayan “Qarabağ” 1/16 finalda büdrəyib.

2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına, sonra Konfrans Liqasına adlayıb, 1/16 finalda uduzub.

2023-2024 mövsümünə Çempionlar Liqasında start verən “Qarabağ” Avropa Liqasına keçərək 1/8 finala qədər irəliləyib.

1951-ci ildə Ağdam şəhərində yaradılan “Qarabağ” komandası (“Məhsul”, “Şəfəq” və “Kooperator” adları da daşıyıb) 1 dəfə Azərbaycan SSR-in, 11 dəfə müstəqil Azərbaycanın çempionu olub, 8 dəfə Azərbaycan kubokunu qazanıb.

2008-ci ildən komandaya Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub, “İnter”də idman direktoru, “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub.

Qurban Qurbanov 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.

Üç turnir, 72 komanda

  • 31 Yanvar 2025
  • comments

Minsk qrupu arayışı

  • 31 Yanvar 2025
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda