Yanvarın 26-sı Belarusda prezident seçkisinin əsas səsvermə günüdür. Erkən səsvermə yanvarın 21-də başlayıb və ayın 25-dək davam edəcək.
Novator.az bildirir ki, seçki yarışında beş namizəd yer alır: dövlət başçısı Aleksandr Lukaşenko, Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov, Əmək və Ədalət Partiyasının sədri Aleksandr Xijnyak, sahibkar Anna Kanopatskaya.
1991-ci ildə müstəqilliyini bəyan edən Belarusda 6 prezident seçkisi keçirilib. Onların hamısını Aleksandr Lukaşenko udub. 1954-cü il təvəllüdlü Aleksandr Lukaşenko ilk dəfə 1994-cü ildə 5 il müddətinə prezident seçilib. 1996-cı ildə onun səlahiyyət müddəti 2001-ci ilədək uzadılıb. 2001-ci ildə Aleksandr Lukaşenko ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü ildə bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010, 2015 və 2020-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
2022-ci ildə eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə qadağa bərpa edilib, ancaq Aleksandr Lukaşenkonun daha iki dəfə prezident seçilmək imkanı var.