Yanvarın 16-sı Bolqarıstanda yeni hökumət qurulub, baş nazir kürsüsünə GERB Partiyasının təmsilçisi Rosen Jelyazkov oturub. Onun kabinetinə baş nazirin 3 müavini və 19 nazir daxildir.
Parlament respublikası olan Bolqarıstanda hökumət 240 deputatdan ibarət qanunverici orqanda azı 121 səslə formalaşır. Yeni hökumət üç siyasi qüvvənin – GERB Partiyası və Demokratik Qüvvələr İttifaqı koalisiyası, Sosialist Partiyası, Belə Xalq Var Partiyasının razılaşması ilə ərsəyə gəlib, 125 deputatın dəstəyini alıb.
Ölkədə son parlament seçkisi 2024-cü il oktyabrın 27-də keçirilib. Xalq Məclisində Demokratik Bolqarıstan Partiyası, Dirçəliş Partiyası, Hüquq və Azadlıq Hərəkatı, Hüquq və Azadlıq Alyansı, Əxlaq, Birlik, Şərəf Partiyası da təmsil olunur.
Bolqarıstanda dövlət başçısı funksiyasını prezident yerinə yetirir. 2016 və 2021-ci illərdə Sosialist Partiyasının təmsilçisi Rumen Radev prezident seçilib.
Mənbə: Bnr.bg