• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zelenski nə qədər maaş alır?

  • 14 Yanvar 2025
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə 336 min qrivna (13473,6 manat) əməkhaqqı alıb. Hesabatı Dövlət İşlər İdarəsi yayıb. Məlumatda qeyd olunur ki, bu məbləğin 66500 qrivnası (2666,6 manat) vergilərə cəlb olunub, dövlət başçısı üçün hər hansı əlavə ödəniş və mükafat nəzərdə tutulmayıb.

Prezidentin aylıq maaşı 28000 qrivnadır (1122,8 manat).

Novator.az bildirir ki, 1978-ci il yanvarın 25-də doğulan Vladimir Zelenski Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib, ancaq heç vaxt öz ixtisası üzrə işləməyib, telejurnalist, şoumen, aktyor kimi fəaliyyət göstərib.

2019-cu ildə prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılan Vladimir Zelenski ikinci turda qalib gəlib, mayın 20-də səlahiyyətlərinin icrasına başlayıb. Onun səlahiyyət müddəti 2024-cü il mayın 20-də baş çatsa da, müharibə dövründə seçki keçirməmək qərarı verilib.

2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını tutaraq özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin bir hissəsində işğalçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya Donetsk və Luqansk rejimlərini “müstəqil dövlətlər” kimi tanıyıb, fevralın 24-dən Ukraynada total hərbi əməliyyatlara başlayıb, sentyabrın 29-da Zaporojye və Xerson vilayətlərini “suveren və müstəqil” subyektlər kimi tanıyıb, oktyabrın 5-də həmin bölgələri, eləcə də Donetsk və Luqansk vilayətlərini özünə birləşdirdiyini açıqlayıb.

Mənbə: 24tv.ua

Ukraynalıların müharibə ovqatı

  • 14 Yanvar 2025
  • comments

Melanya Trampın Ağ ev planları – “Foks Nyus”

  • 14 Yanvar 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Türkiyənin turizm gəlirləri 7,6 faiz artıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

Son materiallar

comments
Dünyanın səsiXəbər

Litva yeni hökumətə yol alır

GLOBALS:0
comments
Xəbər

Xarici borcun detalları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Putin elə həmişə Putin olub – “Şpigel”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda