• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa ilə Çinin ticarət əlaqələri nə yerdədir? – “Evronews”

  • 13 Yanvar 2025
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetŞərh

“Evronews” kanalı Avropa İttifaqı ilə Çinin ticarət əlaqələrini şərh edib. Novator.az-ın məlumatına görə, şərhdə qeyd olunur ki, Brüssellə Pekinin elektromobil və süd məhsulları ticarəti çəkişmələrinə baxmayaraq Avropa İttifaqı Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır: “Özü də Çinin Avropaya satdığı məhsulların əksəri mexaniki cihazlar və elektrik avadanlıqlarıdır”.

Son 10 ildə Avropa İttifaqı ilə Çin arasında ticarət dövriyyəsinin durmadan artdığını diqqətə çatdıran “Evronews” vurğulayır ki, Avropanın ticarət tərəfdaşları arasında Çin ikinci yerdə qərar tutur.

Bildirilir ki, Çinə ən çox mal idxal edən və bu ölkədən mal ixrac edən əsas Avropa dövlətləri Almaniya, Niderland və İtaliyadır.

Avropa İttifaqının Çindən aldığı malların yarıdan çoxu mexaniki cihazlar və elektrik avadanlıqlarından ibarətdir. Nəqliyyat vasitələrinin idxalı 6 faizə yaxın, üzvi kimyəvi maddələrin idxalı 4,7 faiz, geyim aksesuarlarının idxalı 4,5 faizdir.

Avropanın Çinə ixrac etdiyi məhsulların üçdə birindən çoxu mexaniki cihazlar və elektrik avadanlıqlarıdır. Sonrakı yerdə 16,7 faizlə nəqliyyat vasitələri və təyyarələr, 9,3 faizlə əczaçılıq məhsulları, 7,2 faizlə optik cihazlar gəlir.

“Evronews”un şərhində Avropa ilə Çin arasındakı ticarət çəkişmələrinə də toxunulur. Xatırladılır ki, Çinin ən böyük elektromobil istehsalçısı olan BYD 2024-cü ildə hibrid avtomobil və elektomobil satışı sahəsində dünyada rekord vurub. Şirkət 2023-cü illə müqaisədə elektromobil satışını 12,08% artırıb, ümumilikdə 1,76 milyonadək maşın satıb. Tək tələbat deyil, köhnə avtomobillərin dəyişdirilməsi üzrə uğurlu dövlət proqramlarının həyata keçirilməsi də bu işdə əhəmiyyətli rol oynayıb.

2024-cü ilin sonunda Avropa İttifaqı Çinin elektrik avtomobillərinə rüsum tətbiq edib. Səbəb Çinin dövlət subsidiyalarının bu ölkənin istehsalçılarına Avropada qiymətləri aşağı salmağa imkan yaratmasıdır.

Çin isə Avropa İttifaqının yeni rüsumlarını proteksionist addım kimi qiymətləndirib və ittifaq ölkələrindən idxal etdiyi süd məhsulları üzrə antidempinq (dempinq malların daxili və xarici bazarda süni surətdə endirilmiş qiymətə satılmasıdır – red.) araşdırmalarına başlayıb. Araşdırmalar pendir və süd məhsullarının idxalına rüsumların tətbiq olunması ilə nəticələnə bilər. Bu cür addımın digər sektorlardakı proseslərə də təsir göstərməsi və iki iqtisadiyyat arasında ticarət gərginliyini şiddətləndirməsi mümkündür.

Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Mənbə: Euronews.com

Tryudo xələfinə nə miras qoyur? – “Teleqraf”

  • 13 Yanvar 2025
  • comments

Tailandda uyğur həyəcanı – “Assoşieyted Press”

  • 14 Yanvar 2025
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda