Avstriya prezidenti Aleksandr Van der Bellen Azadlıq Partiyasının lideri Herbert Kiklə hökumət qurmaq səlahiyyəti verib. Əvvəlki hökumət başçısı – kansler Karl Nehammer yanvarın 4-də istefaya gedib. Xalq Partiyasının lideri olan Karl Nehammer koalisiya qura bilmədiyi üçün geri çəkilib.
1968-ci il təvəllüdlü Herbert Kikl Azadlıq Partiyasına 2021-ci ildən liderlik edir. 2011-2019-cu illərdə daxili işlər naziri olub.
Avstriyada hökumət parlamentin aşağı palatasına – Milli Şuraya seçkinin nəticəsi əsasında formalaşır. 2024-cü il sentyabrın 29-da seçilmiş 183 yerlik Milli Şurada Azadlıq Partiyasının 57, Xalq Partiyasının 51, Sosial Demokrat Partiyasının 41, Yeni Avstriya və Liberal Forumun 18, Yaşıllar Partiyasının 16 mandatı var.