Yanvarın 6-da ABŞ Konqresi (Nümayəndələr Palatası ilə Senatın birgə iclası) prezident seçkisinin nəticələrini təsdiqləyib.
2024-cü il noyabrın 5-də keçirilmiş ümumxalq səsverməsində Respublikaçılar Partiyasından Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasında 312 nümayəndəyə sahib çıxıb, dekabrın 17-də Seçicilər Kollegiyası onu eyni üstünlüklə prezident seçib.
Andiçmə mərasimi yanvarın 20-nə təyin olunub.
1946-cı il təvəllüdlü Donald Tramp 2017-2021-ci illərdə prezidentlik edib.
Konqresin alt qanadında – 435 nəfərlik Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının 220, Demokratlar Partiyasının 215, yuxarı palatada – 100 nəfərlik Senatda respublikaçıların 53, demokratların 47 yeri var.